AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Havaya normadan artıq tullantı atan məşhur ictimai-iaşə obyektləri cərimələnib

  • + A
  • - A
  • 8-05-2025, 12:58

    Havaya normadan artıq tullantı atan məşhur ictimai-iaşə obyektləri cərimələnib


    Bakı şəhərində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən monitorinqlər zamanı “Ağ Saray”, “Baku Palace”, “Verona”, “Sevgi Hall”, “Lüks Plaza” şadlıq sarayları və “Əlincə”, “Mor-Mor”, “Qaymaq”, “Ocaq” restoranlarının havaya normadan artıq tullantı atdığı müəyyən edilib. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    O qeyd edib ki, faktlarla bağlı sözügedən obyektlərin məsul şəxsləri barəsində protokol tərtib olunub və hər birinin 2500 manat məbləğində cərimə olunması ilə bağlı qanunamüvafiq tədbirlər görülür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR