AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şahdağ”da bədbəxt hadisə

  • + A
  • - A
  • 5-03-2019, 11:52

    “Şahdağ”da bədbəxt hadisə














    Qusarda turizm kompleksində xarici şirkət nümayəndəsi ağır yaralanıb.

    “Qafqazinfo” xəbər verir ki, fevralın 28-də Şepelyov Nikita Mixayloviç “qara ciyərin cırılması” və “böyrəyin qan sızması” diaqnozu ilə Qusar rayon mərkəzi xəstəxanasına daxil olub.

    Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, 1997-ci il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı, Avtsriya şirkətinin Azərbaycan nümayəndəliyində montajçı fəhlə işləyən Nikita Şepelyov fevralın 28-i səhər saatlarında Qusar rayonunda yerləşən turizm kompeksinin ərazisində inşa edilən lift bazasında kanat üçün dəmir materialdan düzəldilmiş yarım dairəvi formada şkif olan əraziyə daxil olarkən həmin şkifin onun üzərinə aşması nəticəsində xəsarət alıb. N.Şepelyov Qusar rayon mərkəzi xəstəxanasında əməliyyat olunub.

    Daxil olmuş məlumat əsasında polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərək foto şəkillər çəkilib, hadisə şahidlərinin izahatları alınıb. Məhkəmə-tibb, məhkəmə-əməyin mühafizəsi və təhlükəsizlik texnikası ekspertizaları təyin olunub.

    Faktla bağlı Qusar rayon prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR