AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Zelandiya polisi terror aktının törədilməsində şübhəli bilinən daha bir şəxsi həbs edib

  • + A
  • - A
  • 18-03-2019, 10:10

    Yeni Zelandiya polisi terror aktının törədilməsində şübhəli bilinən daha bir şəxsi həbs edib














    Yeni Zelandiya polisi Kraystçerç şəhərində yerləşən iki məsciddə terror aktları ilə bağlı cinayət işi üzrə ikinci şəxsin həbsi faktını təsdiq edib.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat hüquq-mühafizə orqanının “Twitter”dəki rəsmi səhifəsində verilib.

    “Biz Danidinedə 28 yaşlı kişinin qətli üzrə istintaq hərəkətlərinin gedişatında daha bir şəxsin həbs edildiyini təsdiqləyə bilərik. O, indi polis bölməsindədir, müstəntiqlər həmin şəxsdən ifadə alırlar. Ona qarşı ittihamlar təqdimatı üçün bizdə hələ əsas yoxdur, amma həmin şəxs barəsində istintaq hərəkətləri davam edir”, – deyə Yeni Zelandiyanın polis komissarı Mayk Buş jurnalistlər üçün brifinqdəki çıxışında bildirib.

    Komissar qeyd edib ki, martın 15-də məsciddə hücumda iştirakda şübhəli bilinərək həbs edilmiş iki nəfər bu mərhələdə terror aktının təşkilində şübhəli bilinmirlər. Onlardan birinə hücumla əlaqəli olmayan cinayət üzrə ittihamlar irəli sürülüb, digər şəxs azadlığa buraxılıb. Beləliklə, məsciddə hücumla bağlı hələlik yalnız bir nəfər – 28 yaşlı avstraliyalı ittiham edilib.

    Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində onlarla insan həlak olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR