Masazırda 'VİP' RESTORANI ADI İLƏ ƏXLAQ SATIŞA ÇIXARILIB
Azərbaycanda son zamanlar dövlət orqanları tərəfindən aparılan mütəmadi əməliyyatlar nəticəsində bir çox ərazilərdə qadınları istismar edən şəxslər qanunla cəzalandırılaraq həbs edilmişdir.
Kütləvi əməliyyatlara baxmayaraq əxlaqsızlığın tuğyanının qarşısı tam şəkildə alınmamışdır. Dünya araşdırmaçılarında statistikalar da Azərbaycanın adını insan alverinin daha çox olan ölkələr siyahısına salmalarıda məhs bu cür əxlaq alverçiləri qadın bədəninin istismarçılarının öz başınalığından irəli gəlməkdədir. BakuNews olaraq keçən yazılarımızda da məhs bu cür obyektlərin Abşeron ərazisindədə xərçəng xəstəliyi kimi əraziyə yayılması barədə məlumat vermişdik. Həmin araşdırmamızda əldə etdiyimiz yeni məlumatları oxucularımızın və dövlət qurumlarının diqqətinə çatırmaq istəyirik. Belə ki, əvvələr "LAZA" indi isə eyni məkan dəyişilmiş adı ilə "VİP" restoran olan bu məkanın sahibi əslən Qəbələ rayon sakini Süleyman adlı şəxsin məhs Abşeron rayonunun Masazır qəsəbəsinin girəcəyində insan alveri biznesini genişlətməsi heç bir qurumun gözündən qaçması qəbul edilən faktor deyildir. Abşeron rayon ərazisində restoran adı altında otel fəaliyyəti göstərməsidə artıq bu obyektin hansı qanunlarla idarə edildiyinə işarədir. Məlum edirik ki, aparılan araşdırmadan əldə edilən məlumat da "Qəbələ Süleyman" ləqəbi ilə tanınan bu idarəçinin insan alverindən əldə etdiyi gəlirlərlə Qəbələ rayonunda hektarlarla ərazidə kotejlər tikdirərək yeni "istirahət" məkanı yaratmaqdadır. Həmin istirahət məkanlarını Süleymanın yeni əxlaq satış bazarı olacağıda verilən məlumatlarda öz əksini tapmaqdadır. Digər aldığımız məlumatda isə bəzi "reket" media grupunun bu cür əxlaqsız yuvalara Diplom verərək onların Azərbaycanın inkişafında rolunun olmasıyla bağlı öz dırnaqarası inandıranlar da meydana çıxıb. Əxlaqsızlıq yuvası işlədən bu şəxsə reket media özünün otağındakı kollektivinin məşvərəti, cəmiyyətin rəyi kimi gözbağlayıcı oyunlarla Süleyman kimilərin vətən inkişafında rolunun olmasına inandırmaq əməlləri Azərbaycanın təməlinin sarsılmasına quluq edilir. Bu reket medianın artıq adlarıda bizə məlumdur. Həmin şəxsləri dövlət qurumuna yazılı sürətdə göndərəcəyimizədə arxayın ola bilərsiniz.
Araşdırmamız davam edir..
Ardı var...