AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Azəriqaz”dan 5 qızın ölümünə görə AÇIQLAMA: - “İttiham etməyə hələ tələsməyin”

  • + A
  • - A
  • 15-03-2017, 16:35

    “Azəriqaz”dan 5 qızın ölümünə görə AÇIQLAMA: - “İttiham etməyə hələ tələsməyin”















    “Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.

    Bunu Modern.az-a Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib.

    “Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.
    Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

    İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.

    Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb. Onların dəm qazından boğularaq öldüyü güman olunur.
    Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

    Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

    Mələk Abbasova və Turanə Xalıyeva Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbələridir.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR