AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masazırdakı qəzanın qurbanları 19 və 21 yaşlı gənclərdir

  • + A
  • - A
  • Bu gün, 10:37

    Masazırdakı qəzanın qurbanları 19 və 21 yaşlı gənclərdir

    Hadisə Duz gölünün yaxınlığında baş verib.

    Abşeron rayonunun Masazır qəsəbəsində baş verən yol qəzasında həyatını itirən iki gəncin şəxsiyyəti müəyyən edilib.

    Əldə olunan məlumata görə, hadisə ötən gecə saat 20:40 radələrində Masazırdan Novxanıya gedən yolda qeydə alınıb. Araz Mürsəlli Yusif oğlunun idarə etdiyi “Kia Rio” markalı avtomobillə toqquşan motosikletdə 2005-ci il təvəllüdlü Allahverən Məlikov və 2007-ci il təvəllüdlü Fərid Yusifzadə olub.

    Məlum olub ki, motosikleti idarə edən Allahverən Məlikovun sürücülük hüququ olmayıb.

    Duz gölünün yaxınlığında baş verən qəza nəticəsində hər iki gənc hadisə yerində ölüb.

    Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb. Fakt üzrə istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR