AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda ana və körpəsi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

  • + A
  • - A
  • Bu gün, 11:32

    Lənkəranda ana və körpəsi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib

    Lənkəran şəhərində qadın və azyaşlı övladının bıçaqlanması ilə nəticələnən hadisə baş verib.

    Hadisə Zərifə Əliyeva küçəsindəki “Müəllimlər binası”nda qeydə alınıb.

    İddiaya görə, 34 yaşlı Allahşükür Ağazadə kirayədə yaşadıqları mənzildə həyat yoldaşı, 1997-ci il təvəllüdlü Rəvanə Ağazadəyə çoxsaylı bıçaq zərbələri endirib. Qadının qucağında olan, 2023-cü il təvəllüdlü uşağa da xəsarət yetirilib.

    Ağır xəsarət alan ana və uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

    Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR