AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Qızlara yaxşı “çayvoy” verirdim” – Azərbaycanlı “qanuni oğru”

  • + A
  • - A
  • 10-07-2019, 10:07

    “Qızlara yaxşı “çayvoy” verirdim” – Azərbaycanlı “qanuni oğru”

    Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Rəşad Gəncinski” ləqəbi ilə tanınan Rəşad İsmayılovun məhkəmə prosesi başlayıb.

    “Qafqazinfo” xəbər verir ki, Minsk rayon məhkəməsində “Gəncinski” ilə yanaşı, onun iki adamının da cinayət işinə baxılır.

    İsmayılov məhkəmə prosesində günahını etiraf etməyib. O, Minskə istirahət etmək və kazinoda oynamaq üçün gəldiyini bildirib.

    “Kazinoda heç vaxt 20 min götürmürəm. Uduzacağımı bildiyim üçün 10 min götürürəm. Buna baxmayaraq, qızlara yaxşı “çayvoy” verirdim. Bir ay biznesimə elə nəzarət edirəm ki, növbəti ay içə bilim. Adətən səfərlərə 4 mühafizəçi ilə gedirəm. Onların ikisi qısa avtomatlarla, ikisi də tapança ilə məni müşayiət edir”, – deyə, İsmayılov sorğu-sual zamanı bildirib.

    Qeyd edək ki, Rəşad İsmayılov saxta sənəddən istifadədə, sərhəddən qanunsuz olaraq silah-sursat keçirməkdə, eləcə də qanunsuz narkotik saxlamaqda ittiham olunur.

    Xatırladaq ki, “Rəşad Gəncinski” “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifova ən yaxın olan şəxslərdəndir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR