AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi

  • + A
  • - A
  • 30-03-2017, 14:25

    Xəzərdə fırtına həyəcanı: neftçilər evakuasiya edildi















    Dənizdə küləyin sürəti saniyədə 38 metrdən yuxarı olacaq. Martın 31-də dənizdə fırtına gözlənilir.

    Artıq bu barədə SOCAR-a Milli Hidrometeorologiya Bürosundan telefonoqram göndərilib. SOCAR-ın mətbuat xidmətindən "Qaynar"a verilən məlumata görə, bütün mədənlərə xəbərdarlıq edilib.

    "Fırtına proqnozu səbəbindən yalnız operatorlar öz iş yerlərində olacaqlar. Hasilatı dayandırmaq olmaz axı. Allahın köməkliyi ilə heç nə olmaz”- deyə SOCAR- dan bildirilib.

    Əldə etdiyimiz məlumata görə, martın 31-də dənizdə şimal küləyinin sürətinin saniyədə 38 metrdən yuxarı olacağı gözlənilir. Təhlükəsizlik tədbirləri çərçivəsində mədənlərdən demək olar ki, işçilərin əksər hissəsi artıq bu gündən evakuasiya edilib. Operatorların sayı isə iki dəfə azaldılıb.

    Qeyd edək ki, 2015-ci ilin 4 dekabr tarixində fırtına zamanı "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində 32 nəfər həlak olmuşdu.

    2016-cı ilin dekabrında da eyni səbəbdən 10 nəfər itkin düşmüş, bu günə qədər onlardan yeddisinin meyiti tapılıb. Onlardan 7-si operator, 2-si maşinist, biri mexanik olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR