AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

SON DƏQİQƏ! Lerikdə güclü yanğın başlayıb - FOTOLAR

  • + A
  • - A
  • 20-08-2019, 15:23

    SON DƏQİQƏ! Lerikdə güclü yanğın başlayıb - FOTOLAR

    Lerik rayonunun Yuxarı Təngivan kəndi ilə sərhəddə, Hirkan Milli Parkının yüksək dağlıq ərazisində yanğın hadisəsi qeydə alınıb.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

    Onun sözlərinə görə, hazırda hadisə yerinə milli parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, digər yerli qurumların və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

    Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində, əsasən əl əməyindən istifadə olunur.SON DƏQİQƏ! Lerikdə güclü yanğın başlayıb - FOTOLAR


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR