Azərbaycanda güclü külək ölümə səbəb oldu
Kişi aşan ağacın altında can verdi
Azərbaycanda ötən gün müşahidə edilən güclü külək ölümə səbəb olub. İstiPress-in məlumatına görə, ölüm faktı Neftçalada qeydə alınıb. Külək 56 yaşlı kişini həyatdan edib.
Bədbəxt hadisə axşam saatlarında Haqverdili kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 56 yaşlı Cəfər Hacıbaba oğlu Səlimov güclü küləyin aşırdığı çinar ağacının altında qalaraq dünyasını dəyişib.