AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda daha altı tələbə zəhərləndi — ADLAR

  • + A
  • - A
  • 26-11-2019, 11:37

    Bakıda daha altı tələbə zəhərləndi — ADLAR


    Xəzər universitetinin altı tələbəsi zəhərlənib.
    Səhiyyə Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, hazırda tələbələr təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətiriliblər.

    Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

    Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
    Dörd nəfərin vəziyyəti yaxşı olduğu üçün artıq evə buraxılıb.

    Onlar 17 yaşlı Salmanlı Ləman Söhrab qızı, Heydərli Nəzakət Mustafa qızı, Qarayeva Nazlı Nadir qızı, Rəcəbli Aysun Surxay qızı, 18 yaşlı Mahmudova Gülyetər Nadir qızı, Osmanlı Aysun Valeh qızıdır.

    Tələbələrdən L.Salmanlının vəziyyəti orta-ağır olaraq qiymətləndirilib və həkim nəzarətində saxlanılır. Digər tələbələr ambulator müayinədən sonra evə buraxılıb.

    Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR