AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Məcburi köçkünlərin yaşadığı binada yanğın - Xəsarət alanlar var

  • + A
  • - A
  • 19-12-2016, 12:27

    Məcburi köçkünlərin yaşadığı binada yanğın - Xəsarət alanlar var




















    Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib.

    Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dekabrın 18-də saat 19 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısa qapanmasından yanğın baş verib. Nəticədə 200 kvm. sahədə yanar konstruksiyalar yanıb, xəsrət alan Xocalı rayon sakini İlkin Zamanlıya və FHN-in YMİ-nin əmədaşı Asif Rufullayevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

    Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evinə gediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR