"Sovetski"də məscid sökülür, saxlanılanlar var - FOTOLAR
Bu dəqiqələrdə Bakının "Sovetski" kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi üçün əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib.
"Qaynar"ın verdiyi xəbərə görə, məscidin içərisindən çıxmayan inanclı insanlar məscidin sökülməsinə qarşıdırlar. Şahidlərin bildirdiklərinə görə, polis tərəfindən saxlanılanlar da var.
Qeyd edək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.