Parisdə terakt: İŞİD məsuliyyəti üzərinə götürdü - Video
Fransanın paytaxtı Parisdə baş verən silahlı atışma zamanı 1 polis ölüb, 1-i isə yaralanıb.
Şanzeliza küçəsində baş verən olayda "Kalaşnikov" silahından istifadə edilib.
Hadisəni törədən şəxsin polis tərəfindən öldürüldüyü bildirilib.
***
“Le Fogaro”nun məlumatına görə, cinayətkarlar iki nəfər olub, onlardan biri aradan çıxmağı bacarıb.
Hüquq mühafizə orqanları olayın terakt olduğunu istisna etməyiblər. Ancaq qarət məqsədilə hücum edildiyi ehtimalı da var.
RİA-nın əməkdaşı hadisə yerində helikopterlərin müşahidə apardığını xəbər verib. Hazırda xüsusi əməliyyat keçirilir.
Paris polisi öz Tvitter səhifəsində insident baş verən ərazidən əhalini uzaq durmağa çağırıb.
***
Parisdə qanlı olayı törədən cinayətkarın hüquq-mühafizə orqanları tərəfindən tanındığı bildirilib.
Onun milli təhlükəsizliyə təhdid törədən xüsusi cinayətkarların siyahısında olduğu vurğulanıb.
O, bir müddət əvvəl qatarla Belçikadan Fransaya gəlib.
***
***
Fransa Prezidenti Fransua Olland silahlı hücumu terakt adlandırıb.
***
İŞİD Parisdə baş verən teraktın məsuliyyətini öz üzərinə götürüb.