AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralananların adları

  • + A
  • - A
  • 1-06-2017, 13:53

    Bakının mərkəzində zəncirvari qəza: ölən və yaralananların adları

















    Bakının mərkəzində zəncirvari yol qəzası baş verib.

    Lent.az xəbər verir ki, Nərimanov rayonu ərazisində "Toyota" markalı, 99 RL 220 nömrəli, "Wolksfagen Passat" markalı, 90 CJ 620 nömrə nişanlı və "Hyundai" markalı, 10 NA 556 dövlət qeydiyyat nişanlı 3 avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan şəxslərdən 32 yaşlı qadın vəfat edib, 2 gənc oğlan isə xəstəxanaya yerləşdirilib.

    Bakı şəhərinin Nərimanov rayonu ərazisində baş vermiş zəncirvari qəzada ölən və yaralananların adları açıqlanıb.

    "Toyota", "Wolksfagen" və "Hyundai" markalı üç avtomobilin bir-birinə çırpılması nəticəsində "Hyundai Accent"i idarə edən 32 yaşlı Aysel Quliyeva vəfat edib. Digər avtomobillərdə olan 22 yaşlı Seymur Davudov və 23 yaşlı Şəhriyar Ələsgərov isə xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR