AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prokurorluq kütləvi informasiya vasitələrində yayılmış daha bir müraciət üzrə cinayət işi başladı

  • + A
  • - A
  • 2-03-2021, 16:23

    Prokurorluq kütləvi informasiya vasitələrində yayılmış  daha bir müraciət üzrə cinayət işi başladı

    Bəzi kütləvi informasiya vasitələrində vətəndaş Mehtiyev Qabil Şahpələng oğlunun, Vahid Əhmədov və oğlu Rəşad Əhmədov tərəfindən 55 min manat məbləğində pulunun dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti dərc edilmişdir.
    Qeyd edilən müraciət üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılmaqla Vahid Əhmədovun oğlu Rəşad Əhmədovla birlikdə bir qrup şəxs halında Qabil Mehtiyevin etibarından-sui istifadə edib aldadaraq qardaşı Ramil Mehdiyevin həbsdən buraxılmasını həll edəcəklərini vəd edərək 2018-ci ilin sentyabr ayından 2020-ci ilin mart ayına qədər olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 55 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanaraq istintaqın davam etdirilməsi üçün aidiyyəti üzrə Xətai rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmişdir.
    Hazırda cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR