AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda karantin qaydalarına əməl etməyən çay evlərində polislər tərəfindən reydlər keçirilib  

  • + A
  • - A
  • 17-03-2021, 16:06


    Bakı şəhərinin müxtəlif rayonlarında karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması, habelə istifadəsi ictimai-iaşə obyektlərində qəti qadağan edilən qəlyan tütün məhsulunu müştərilərə təklif edən məkanların aşkar edilməsi istiqamətində Bakı şəhər Baş Polis İdarəsinin  əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
    Növbəti belə tədbir zamanı paytaxtın Nizami rayonunda yerləşən “VN” çay evində müştəri kimi əyləşən 4 nəfərin qəlyandan istifadə etdiyi müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və hər biri 200 manat miqdarında cərimə olunub. Obyektin işlədən Qoşqar Hüseynov isə polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara baxmayaraq, onunla aparılan profilaktik söhbətlərdən nəticə çıxarmadığı üçün 4000 manat məbləğində cərimələnib.
    Həyata keçirilən daha bir tədbir zamanı Xətai rayonunda yerləşən “Legenda” çay evində karantin qaydalarının pozulduğu müəyyən olunub. Tədbir zamanı sanitar-karantin  normaları pozan 10 nəfər 200 manat, obyektin sahibi Fuad Axundov isə 4000 manat miqdarında cərimə ediliblər.
    Analoji tədbirlər Xətai rayonunda yerləşən “Samavar” və “Kristal” çay evlərində də həyata keçirilib. Qeyd edilən məkanlara baxış zamanı müştərilərə qəlyan tütün məhsulu təklif edildiyi müəyyən edilib. Həmin obyektlərin icarədarları Nicat Həşimov və Asif Şahnəzərov, eləcə də karantin qaydalarını pozan müştərilər müvafiq qaydada cərimə olunublar.
    Qeyd edək ki, istifadəsinə icazə verilən kafe, restoran və çay evlərində bundan sonra da sanitar-karantin qaydalarına tələblərinə əməl olunmasına nəzarət məqsədi ilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq profilaktik  tərdbirləri davam etdiriləcək.
     
    Bakıda karantin qaydalarına əməl etməyən çay evlərində polislər tərəfindən reydlər keçirilib  


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR