AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda karantin qaydalarını pozan masaj salonu aşkarlandı: 10 qadın və bir kişi... - VİDEO

  • + A
  • - A
  • 29-08-2020, 16:01

    Bakıda karantin qaydalarını pozan masaj salonu aşkarlandı: 10 qadın və bir kişi... - VİDEO



    Bakıda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən masaj salonu aşkar edilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinə Xocalı prospekti 29 ünvanında yerləşən həmin obyektin fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

    Dərhal polis əməkdaşları sözügedən ünvana gedib. Həmin ünvanda “Hamam Center” adı altında fəaliyyət göstərən iaşə obyektinin müştərilərə xidmət göstərdiyi məlum olub.

    Polis əməkdaşları obyektə baxış zamanı orada masaj xidməti göstərən 10 qadını və bir nəfər obyektin sahibi Azər Ağayevi saxlayaraq, polis şöbəsinə gətiriblər.

    Tədbir nəticəsində sanitar-epidemioloji normaları pozan şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

    Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq, hər biri cərimə ediliblər.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR