Xəstəxanadan ana ölümü ilə bağlı açıqlama: "Bu normaldır, həkimin əlində xəstə ölər də"
Xəbər verdiyimiz kimi, bu gün Qara Qarayevdə yerləşən 7 saylı doğum evində ana ölümü qeydə alınıb.
AZXEBER.COM-un məlumatına görə, Turanə Məmmədova adlı vətəndaş Qara Qarayevdə yerləşən 7 saylı doğum evində dünyasını dəyişib. Hamilə olan xanımı xəstəxanada qan analizi vermədən keysəriyyə əməliyyatına salıblar. Mərhumun yaxınlarının iddiasına görə, xəstədə trombosit çatışmazlığı olub. Əməliyyat zamanı qanaxmanın qarşısını almaq mümkün olmayıb. Mərhumun oğlan övladı isə dünyaya gəlib.
Mərhumun həkiminin kimliyi də məlum olub. Turanə Məmmədovanın yaxınlarının AZXEBER.COM-a verdiyi məlumata görə, onun həkimi Səbinə Baharzalova olub. O hamiləlik dövründə mütəmadi olaraq bu həkimin yanına gedirmiş.
7 saylı doğum evinin qəbul şöbəsindən məlumatı təsdiqləyiblər və deyiblər ki, burada qeyri-adi heç nə yoxdur : "Səbinə xanım 30 ilin həkimidir. Ölüm elə hadisədir ki, olanda olur. Səbinə xanım hazırda xəstəxanada yoxdur. Onun şəxsi işləri var, gedib işlərini həll etməyə. Artıq suala ehtiyac yoxdur".
Həkimin fotosunu təqdim edirik: