AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dekan müavininin həbs etdirmək istədiyi tələbə Azərbaycandan qaçdı: "Həbs edəcəkdilər..."

  • + A
  • - A
  • 8-07-2017, 11:37

    Dekan müavininin həbs etdirmək istədiyi tələbə Azərbaycandan qaçdı: "Həbs edəcəkdilər..."

















    Bakıda tələbə ilə dekan müavini arasındakı məhkəmə çəkişməsinin növbəti prosesi keçirilib

    Musavat.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə fakültənin tələbəsi olan Zəka Mirağayevə qarşı iddiasına Yasamal Rayon Məhkəməsində baxılıb. Məhkəmədə dekan müavininin vəkili Kamandar Nəsibov vəsatət qaldırıb.

    Əslində bu gün keçirilən məhkəmədə Zəka Mirağayevin vəkili müdafiə çıxışı etməli, özü də son sözünü deməli idi. Amma Mirağayev naməlum səbəblərdən məhkəməyə gəlməyib.

    Dekan müavininin vəkili K.Nəsibov bunu təqsirləndirilən şəxsin məhkəmədən yayınması kimi qiymətləndirib və Zəka Mirağayev haqqında həbs-qətimkan tədbiri seçilməsi haqda vəsatət qaldırıb.

    Tələbənin vəkili Elçin Sadıqov buna etiraz edərək bildirib ki, Mirağayevin səhhətində müəyyən problemlər vardı, ola bilsin, bu səbəbdən gəlməyib.

    Məhkəmə iclası iyulun 10-na təyin olunub.

    Məhkəmədən sonra Zəka Mirağayevlə əlaqə saxlayıb. Məhkəmənin ədalətli qərar çıxarmayacağına əmin olduğu üçün ölkəni tərk etdiyini deyən Z.Mirağayev bunları söyləyib: "Ədalətsiz məhkəmə prosesi və ədalətsiz məhkəmə qərarını qəbul edib, həbsə girmək istəmirəm. Korrupsiya ve rüşvətə qarşı bütün mübarizə cəhdlərimə baxmayaraq, ölkə daxilində şikayətlərimə baxmadılar, Təhsil Nazirliyi və prokurorluq rüşvətlə bağlı şikayətləri araşdırmadı. Təhsil Nazirliyi bildirir ki, bu məsələni BDU öz daxilində həll eləməlidir. Bu, absurddur. Çünki BDU özü bu cür halları ört-basdır edir".

    Tələbə deyib ki, rüşvət və korrupsiya hallarını ifşa etdiyinə görə onu həbs etmək istəyirlər. O da məcbur olub, ölkəni tərk edib.

    Xatırladaq ki, Nigar İsmayılzadə Zəka Murağayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddəsi ilə də cəzalandırılmasını istəyir. Xüsusi ittihamçı “anaxeber” saytında yer almış yazıdakı “Nigar İsmayılzadə “İlahiyyat” fakültəsinin adına layiq deyil” cümləsini təhqir hesab edir. (musavat.com)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR