Kiyevdə azərbaycanlılar atəşə tutuldu: Yaralananlar var
Kiyevdə Taras Şevçenko meydanı yaxınlığında yerləşən bazarda özlərini Terror əleyhinə əməliyyatın iştirakçıları adlandıran şəxslər atəş açıblar.
Oxu.Az kievnews.net-ə istinadən xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsində “Kiyev Operativnı” səhifəsində məlumat yayılıb.
“Taras Şevçenko meydanı yaxınlığında yerləşən bazara naməlum şəxslər gəlib. Özlərini “TƏƏ döyüşçüləri” kimi təqdim ediblər, bir müddət sonra satıcılarla münaqişə yaranıb. Münaqişə nəticəsində “TƏƏ döyüşçüləri” satıcılara bir neçə dəfə atəş açıb. Sonuncular xəstəxanaya yerləşdirilib. Münaqişənin səbəbləri araşdırılır”, - məlumatda deyilir.
Hadisə yerində polis patrulu və istintaq-əməliyyat qrupu işləyir.