Bakıda tükürpədici olay: Ləvənginin içindən görün nələr çıxdı - Şok video
Tortun, konfetin içindən qurd çıxdığı haqda xəbərlər çox eşitmişik, bu dəfə isə ləvənginin içindən qurd çıxıb
"Xəzər Xəbər xəbər verir ki, ağ qurdlar ləvənginin içində hərəkət edir. Bu hadisə qida məhsullarının çox zaman lazımi temperaturda və ya şəraitdə saxlanılmadığını ortaya qoyur.
Xezerxeber.az-ın məlumatına görə, videodan açıq aydın görünür ki, ləvənginin içində ağ qurdlar var və diridirlər.
Ekspertlər ləvəngilərin ümumiyyətlə standartlardan kənar hazırlandığını və saxlanıldığını təsdiqləyir.
Qida məhsulunda qurdların əmələ gəlməsi kifayət qədər təhlükəlidir və insan orqanizminə ciddi ziyan vura bilər.
İstehlakçılar belə vəziyyətlərlə qarşılaşdıqda mütləq İqtisadiyyat və Səhiyyə nazirliklərinə məlumat verməlidirlər ki, məhsulun satıldığı yerlə bağlı tədbir görülsün.