Bakıda qəbul imtahanı verən 17 yaşlı abituriyent yoxa çıxıb
İyulun 22-də Bakıda ali məktəbə qəbul imtahanı verən Neftçala rayon sakini, 2000 ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu itkin düşüb
1 ci qrupa imtahan verən gənc daha 2 gün bibisinin evində qalandan sonra səhər təxminən saat 07:15 də taksi ilə Neftçalaya yola düşüb. Lakin daha sonra ondan xəbər almaq mümkün olmayıb.
İbrahimin atası Yaşar Əliyev bildirib ki, dünən oğlunu Neftçalada görənlər olub və axtarışlar davam etdirilir: “Biz polisə də müraciət etmişik. Dünən səhərdən etibarən uşaqdan xəbər ala bilmirik”.
İbrahimi görənlərdən və ya haqqında məlumatı olanlardan bu nömrələrlə əlaqə saxlamaları xahiş edilir: (Lent.az)
+994(50) 727 96 16, +994(55) 907 52 69 (atası Yaşar)