AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Baş Prokurorluq yanvar-aprel ayları ərzində istintaqı yekunlaşdırılmış cinayətin sayını açıqladı

  • + A
  • - A
  • 26-05-2021, 11:26


    Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.
    Prokurorluqdan Azadmedia.az-a verilən məlumata görə bu günün rəqəmi isə 4002-dir.
    Belə ki, 2021-ci ilin yanvar-aprel ayları ərzində respublika ərazisində fəaliyyət göstərən istintaq qurumları tərəfindən istintaqı yekunlaşdırılmış 4002 cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib.
    Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.​


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR