Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Azadmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərən Saatlı, Hacıqabul, Göygöl, Samux, Biləsuvar və Lənkəran rayon xəstəxanalarında qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunduğundan toplanmış materiallar Baş Prokurorluğa təqdim edilmişdir.
Həmin materiallar ərazi aidiyyəti üzrə müvafiq rayon prokurorluqlarına göndərilmişdir.
Araşdırmanın tam, hərtərəfli və obyektiv aparılması təmin edilməklə nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.