Jurnalistlər binasının komendantı Binyamin İsmayılov KİVDF-nin sabiq və həbsdə olan sədri Vüqar Səfərlinin ittiham edildiyi cinayət işi ilə bağlı saxlanılıb.
Azadmedia.az-ın əldə məlumata görə, B.İsmayılov cinayət işinə təqsirləndirləndirilən şəxs qismində cəlb olunub.
Baş Prokurorluğunun mətbuat xidmətindən Azadmedia.az-ın sorğusuna cavab olaraq məlumat təsdiqlənib. Bildirilib ki, Binyamin İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.