AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

4 nəfərin ölümünə səbəb olan "Range Rover"in sürücüsü ilə bağlı RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 14-06-2021, 11:36



    Xəbər verdiyimiz kimi, dünən Novxanı-Sumqayıt yolunda ağır qəza baş verib. Qəzaya səbəb olan "Range Rover"i “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni Elşad Kərbalayevin sürdüyü iddia edilirdi.

    DİN Mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hadisə zamanı “Range Rover”i E. Kərbalayev yox, Ələsgər Əliyev idarə edib: "İyunun 14-ü gecə saat 01 radələrində Novxanı bağlar sahəsində Ələsgər Əliyevin idarə etdiyi “Range Rover” markalı 10 CO 002 nörməli avtomobillə Bakı şəhər sakini Murad Ziyadovun idarə etdiyi “Daeewo Damas” markalı avtomobillər toqquşub: “Yol-nəqliyyat hadisəsi nəticəsində “Daeewo” markalı avtomobilin sürücüsü M.Ziyadov və sərnişinləri – paytaxt sakinləri Kamran Əhmədov, Elman Şıxəliyev və Tovuz rayon sakini Yunis Mürsəlov hadisə yerində ölüb.

    “Range Rover” markalı avtomobilin sahibi və sərnişini Elşad Kəlbəliyev, sükan arxasında olan Ələsgər Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra Binəqədi rayon Polis İdarəsinə gətiriliblər. Hazırda araşdırma aparılır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR