Seçicilərə pul paylayanlar saxlanılıb - Ermənistanda
Ermənistanın Masis rayonunun Polis Bölməsinə Noramarq kəndinin iki sakininin parlamentə növbədənkənar seçkilərdə sakinlərlə seçki bloklarından birinə dəstəyi müqabilində ilkin razılığa gəlməsi, bunun müqabilində onlara pul paylanılması barədə operativ məlumatlar daxil olub.
Bu barədə Azadmedia.az “News.am”a istinadən xəbər verir.
Qeyd edilir ki, polisin apardığı operativ-axtarış tədbirləri nəticəsində həmin şəxslərin Noramarq kəndinin əhalisi arasında seçkidə dəstəyin müqablində 15 000-20 000 dram paylamaları müəyyənləşdirilib.
Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində həmin şəxslər saxlanılıb. Qeyd edilir ki, onlardan biri barəsində həbs qəti imkan tədbiri seçilib.
Hazırda istintaq aparılır.