AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fəhlə xəsarət aldı

  • + A
  • - A
  • 21-06-2021, 15:04


    Şəmkir rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyunun 20-də saat 09 radələrində “Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialında frez operatoru vəzifəsində işləyən Aqil Məmmədovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Araşdırmalarla müəyyən edilmişdir ki, Aqil Məmmədov Bakı-Qazax avtomagistral yolunun Şəmkir rayonun Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində köhnə asfalt örtüyünün qaşıması işlərini apararkən ehtiyatsızlıqdan bədən xəsarəti almışdır.
    Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmışdır.
    Hazırda iş üzrə istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR