AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Cəlilabad sakininin üzərindən tapança aşkarlandı

  • + A
  • - A
  • 23-06-2021, 11:33


    Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

    DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Cəlilabad rayon sakini H.Eyvazov saxlanılıb.

    Ondan üzərində “Pistole Model 27 Kal – 7.65” yazılmış 1 ədəd tapança, içərisində 8 ədəd patron olan həmin tapançaya aid sandıqça aşkar olunaraq götürülüb.

    Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR