Lənkəranda silahlı insident olub.
AzadMedia.az Report-a istinadən xəbər verir ki, hadisə Havzava kəndində baş verib.
İlkin məlumata görə, silahlı insident qohumlar arasında baş verib. Yerli sakinlərdən biri münaqişə zəminində ov tüfəngi ilə əmisi oğlunu və bibisi nəvəsini qətlə yetirilib.
İnsidentin təfərrüatı hələlik məlum deyil.
Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.