AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qadını küçədə öldürməyə cəhd edən Rövşən Priyevin istintaqı yekunlaşıb

  • + A
  • - A
  • 1-07-2021, 10:50


    Neftçala rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 15 mart 2021-ci il tarixdə Neftçala rayon sakini Leyla Səfərovanın qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Rövşən Piriyev qeyd edilən tarixdə saat 15 radələrində Leyla Səfərovanın küçədə piyada hərəkətdə olduğunu görüb sonuncunun oğlunun gözü qarşısında müstəsna qəddarlıq nümayiş etdirməklə ətrafda şəxslərin olmasına məhəl qoymayaraq ictimai qaydanı kobud surətdə pozub xuliqanlıq niyyəti ilə bıçaqla ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etmişdir.
    Həmçinin, istintaqla Rövşən Piriyevin əvvəllər Leyla Səfərovanı öldürməklə hədələməsi, ictimai yerdə onu döyməsi də müəyyən edilmişdir.
    Rövşən Piriyev Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd) 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və digər maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR