AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Arvadını qətlə yetirən kişinin işi məhkəməyə göndərildi

  • + A
  • - A
  • 3-06-2021, 16:15

    Arvadını qətlə yetirən kişinin işi məhkəməyə göndərildi

    Masallı rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 19 fevral 2021-ci il tarixdə Masallı rayon sakini Firuzə Məmmədovaya bıçaqla xəsarətlər yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin keçmiş əri Qəyyum Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Firuzə Məmmədovanı qəsdən öldürməyə cəhd etmişdir.
    Qəyyum Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR