AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə silahlı insident törədənlərin məhkəməsi başlayır

  • + A
  • - A
  • 5-05-2021, 14:13

    Bərdədə silahlı insident törədənlərin məhkəməsi başlayır

    Xəbər verildiyi kimi, 2020-ci il avqustun 12-də Bərdə rayonu ərazisində baş vermiş silahlı insident zamanı rayon sakini Camalov Mansur Kamil oğlu qəsdən öldürülmüşdür.
    Qeyd edilən fakt üzrə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaq aparılmışdır.
    Aparılmış istintaqla müəyyən edilmişdir ki, 2020-ci il avqustun 11-də saat 23 radələrində müxtəlif növ odlu və soyuq silahla silahlanmış bir qrup şəxs- Rəşad Zamanov, Cavidan Məmmədov, Şirxan İmanov və Xəyyam Musazadə ictimai qaydanı kobud şəkildə pozaraq aralarında daha əvvəl baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə Bərdə rayonunun Şorəlli kəndi ərazisində Rauf Bağırov, Mansur Camalov, Ziyad Tahirzadə, İbrahim Abbasov, Adıgözəl Abbasov, Nicat Əzizov, Qoşqar Babayev və Ruslan Süleymanovla görüşən zaman silahlı münaqişə baş vermiş və nəticədə Mansur Camalov qəsdən öldürülmüş, Rauf Bağırov, Nicat Əzizov və Adıgözəl Abbasovun isə qəsdən öldürülməsinə cəhd edilmişdir.
    Rəşad Zamanova Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və digər maddələri ilə, Cavidan Məmmədova- 29, 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi adam öldürməyə cəhd) və digər maddələri ilə, hadisənin iştirakçıları olan digər 9 təqsirləndirilən şəxsə isə törətdikləri cinayət əməllərinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş, hər birinin barəsində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda istintaq yekunlaşdırılaraq, cinayət işləri baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər və digər məhkəmələrə göndərilmişdir.
    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR