Qarabağda məhv edilən təxribatçı erməni əsgərin fotosu
Bu gün işğal altında olan Qarabağın şimal-şərq istiqamətində ordumuzun cavab atəşi ilə məhv edilən təxribatçı erməni əsgər Arman Samvel Movsisyanla bağlı yeni məlumatlar yayılıb.
Azvision.az xəbər verir ki, Movsisyan evin tək oğlu olub. O, 2016-ci ilin yayında "ordu" sıralarına cəlb olunub. Özündən kiçik bir bacısı var.
19 yaşlı Arman Movsisyan Armavirin Arşaluys kəndində anadan olub.
Xatırladaq ki, avqustun 14-də saat 11:00 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində düşmən ordusu itki verib. Təxribat törətməyə çalışan erməni əsgər 1998-ci il təvəllüdlü Arman Samvel Movsisyan ordumuzun cavab zərbəsi ilə məhv edilib.
Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.