AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb

  • + A
  • - A
  • 2-08-2021, 09:32


    İyulun 31-də və avqustun 1-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 640 toy şənliyinin monitorinqini həyata keçirib.
    Monitorinq 475 şadlıq sarayında, 165 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
    Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
    - 185 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
    - 1 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
    - 5263 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR