DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.
Məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.