Bakı metrosunda inanılmaz hadisə: Yuxulu olan maşinist qatarı saxlaya bilmədi
Bakı metrosunda maşinistin səhvi qatarın geriyə hərəkət etdirilməsinə səbəb olub.
Bu barədə baku.ws-ə hadisə şahidləri məlumat veriblər.
"Avtovağzal” stansiyasında baş verən hadisə ötən həftə qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, maşinist yuxulu olduğu üçün qatarın bir hissəsini tuneldə saxlayıb.
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev faktı təsdiqləyib. O bildirib ki, maşinist stansiyada müəyyən olunmuş xətti keçərək qatarın birinci vaqonunu tunelin içərisində saxlayıb.
"Sərnişinlərin düşməsi üçün maşinist dispeçerlə əlaqə saxladıqdan sonra qatarı geriyə verib”, - deyə Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, həmin maşinist barəsində müvafiq tədbirlər görüləcək.