Qiymətlərin əl yandırdığı bu dövrdə əksər vətəndaşlarımız ailə büdcəsinə qənaət olsun deyə, bazarlara üz tutur. Azadmedia.az xəbər verir ki, onlardan biri də həmkarımız Fəridə xanım Rüstəmovadır. Məşhur 8-ci km bazarından məişət əşyaları ilə yanaşı qənd və Calgon yuyucu vasitə alan Fəridə xanım evə gələndə şok yaşayır.
Qəndə baxanda insan nəinki ürəyi bulanar, bir daha çətin qəndlə çay içmək fikrinə düşər. Calgon adı ilə aldığı isə məişətdə işlətdiyimiz duz çıxıb.
Kimdir günahkar? Kimdir bu dələduz şəbəkələrə himayə edən? Qida Təhlükəsizıiyi Agentliyi hara baxır? Deyəsən başları daha gəlirli sahə olan toylara qarışıb.
Mövzunu davam etdirəcəyik. Bizi izləyin!
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.