Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı fərdi evdə təşkil edilən toy mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, rayonun Bəhmətli kəndində Tərlan Cumayevə məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində müəyyən edilən say həddindən, yəni 50 nəfərdən artıq qonağın iştirak etdiyi məlum olub. Aşkarlanan qayda pozuntuları ilə bağlı T.Cumayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.