AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq  satan və evlərdən oğurluq edən şəxslər saxlanılıblar  

  • + A
  • - A
  • 12-08-2021, 14:36


    Azadmedia.az xəbər verir ki, Suraxanı rayonunda avtomobili qaçırıb ehtiyat hissələrinə ayıraraq satan şəxslər saxlanılıblar. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Nəvai Nəcəfov, Ruslan Ağalarov, Aydın Abbasov və Ramiz Əliyev saxlanılıblar. Onlar ifadələrində “Toyota” markalı avtomobili qaçırandan sonra Ramiz Əliyevin həyətində ehtiyat hissələrini ayırdıqlarını qeyd ediblər. Həmin nəqliyyat vasitəsi polislər tərəfindən  oradan aşkar edilərək maddi sübüt kimi götürülüb.
     Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı fərdi yaşayış evlərindən qızıl-zinət və digər məişət əşyaları oğurlayan Şəhanə Nəbizadə saxlanılıb.  Onun Hövsan və digər ərazilərdə evlərdən oğurluq etdiyi müəyyən edilib.
    Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb. Adları sadalanan şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə ərazi polis orqanlarına məlumat verə bilərlər.
     









     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR