Quba rayonunda fəhlə işlədiyi binada faciəvi şəkildə ölüb.
"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə şəhərin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.
İlkin məlumata görə, tikilidə fəhlə işləyən Quba şəhər sakini, 1967-ci il təvəllüdlü Elman Məcnun oğlu Abbasov yıxılaraq ölüb.
Hadisə yerinə Quba Rayon Prokurorluğunun əməkdaşları gələrək zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, bir neçə ay bundan öncə də həmin binada fəhlə elektrik enerjisi vurması səbəbindən ölüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.