Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Bunu özünün "Twitter" səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
T.Ərdoğan bildirib: "Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm".
Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.