AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda “Azərenerji” ASC–nin mühəndisi iş qəzasında ölüb

  • + A
  • - A
  • 13-08-2021, 16:15



    Avqustun 12-si saat 13 radələrində Sumqayıt şəhər sakini Qəmərəddin Məmmədovun işlədiyi yerdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

    Sumqayıt şəhər prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Qəmərəddin Məmmədov mühəndis vəzifəsində işlədiyi “Azərenerji” ASC–nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində yerdəyişmə işləri görülərkən paylayıcı qutunun üzərinə düşməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR