AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xətaidəki ağaclığın qəsdən yandırıldığı barədə şübhələr var - Nazirlik rəsmisi

  • + A
  • - A
  • 13-08-2021, 16:19



    Bir neçə gün əvvəl Xətai rayonu, Vunqtau küçəsində yaşıllıq ərazidə baş verən yanğınla bağlı aparılan araşdırmalar başa çatıb.

    Bu barədə Azadmedia.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib. Məlumata görə, yanğın zamanı 47 şam ağacının yandığı və təbiətə 37 800 manat məbləğində ziyan dəydiyi hesablanıb.

    Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, yanğının qəsdən törədilməsində şübhələr olduğu və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün toplanmış sənədlər Xətai rayon Prokurorluğuna göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR