AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şamaxıda karantin qaydalarını pozan şadlıq sarayının sahibi 4 min manat cərimələnib

  • + A
  • - A
  • 14-08-2021, 10:59


    Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qaydalara riayət edilməsi məqsədilə şadlıq saraylarında keçirilən yoxlamalar zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkarlanıb.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, şəhər ərazisində yerləşən “Bəyaz Palace” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi müəyyən edilib. Aşkarlanmış qayda pozuntuları ilə bağlı obyektin sahibi Şəfi Bəkdəmirov inzibati məsuliyyətə cəlb olunaraq 4 min manat məbləğində cərimələnib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR