Tanınmış aparıcının qardaşı qəzada ÖLDÜ - FOTO
Dövlət Sərhəd Xidmətinin zabiti faciəli şəkildə vəfat edib.
Bu gün DSX-nin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadə Astaradan Lənkərana gələrkən, rayonun Dəhnə kəndi ərazisində idarə etdiyi “Mercedes” markalı avtomobillə qəzaya düşüb.
Qeyd edək ki, Əlihüseyn Əlizadə ATV-nin tanınmış aparıcısı Vüsalə Əlizadənin qardaşıdır. O, 5 bacının yeganə qardaşı imiş.