AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Suraxanı rayonunda yaşayış yerini bilərəkdən tərk edən 2 koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb

  • + A
  • - A
  • 28-08-2021, 11:20


    Paytaxtın Suraxanı rayonunda 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onlarla izahedici söhbətlər aparıb və həmin şəxlər yaşadıqları evə qaytarılıblar.
    Həmin şəxslər- Zığ qəsəbəsində yaşayan E.Mehtiyev və Suraxanı qəsəbəsində yaşayan B.Bayramovun barəsində Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
    Bir daha aktiv koronavirus xəstəliyinin daşıyıcıları olan və evdə özünütəcrid qaydaları çərçivəsində müalicəyə cəlb olunan vətəndaşların nəzərinə çatdırılır ki, onların mənzillərini tərk etməsi yolverilməzdir. Bu hallar aşkar edildiyi təqdirdə həmin şəxslər barəsində polis əməkdaşları tərəfindən həm İnzibati Xətalar, həm də ki, Cinayət Məcəlləsində nəzərdə tutulan qaydada ciddi tədbirlər görüləcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR