AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərdədə müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi müəyyən edilib

  • + A
  • - A
  • 31-08-2021, 10:29

     


    Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə,  Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Qaradəmirçi kənd sakini Orxan İsmayılovun koronavirus testinin nəticəsi pozitiv olduğu halda karantin qaydalarını pozaraq müalicə aldığı ünvanı tərk etdiyi aşkar olunub. O.İsmayılov kənd ərazisindəki avtoyuma məntəqəsində saxlanılıb, onunla izahedici söhbətlər aparılıb, tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR